PayPoint-dən xəbər: Avirtel, Aile TV, Aile Net, KATV1 və Megatelecom xidmətlərinə görə ödəniş

19 Mart 2012 15:47
2012-ci ilin martından Avirtel, Aile TV, Aile Net, KATV1 (kabel televiziyası və İnternet) və Megatelecom müştəriləri ödəniş terminalları və PayPoint ödəniş məntəqələri vasitəsilə balanslarını artırmaq və borclarını ödəmək imkanı əldə ediblər. Bu operatorların müştərilərinin xidmətinə 400-dən artıq terminal və 1000 ödəmə nöqtəsi verilib.

Ödəniş etmək üçün PayPoint köşklərndən birinin ekranında müvafiq bölməyə ("İnternet" və ya "Kabel TV") daxil olmaq, öz opretorunu seçmək, logini, yaxud müqavilənin nömrəsini daxil etmək və lazımi məbləği yükləmək kifayətdir. Daxil olunan nömrə şəbəkədə yoxlanılacaq və uğurla həyata keçmiş ödəmədən bir neçə saniyə sonra müştəriyə müvafiq qəbz təqdim olunacaq.

"PayPoint ödəmə xidməti vasitəsilə ödənişlərin edilməsi mümkün olan opreratorların siyahısı getdikcə artır. Artıq belə təşkilatların sayı 30-dan artıqdır. Bu xidmət vasitəsilə kommunal ödənişləri də həyata keçirmək mümkündür. Bu, istifadəçilərimiz üçün ciddi üstünlükdür. Onlar bir neçə xidmətə görə bir nöqtədə ödəniş həyata keçirməklə, vaxtlarına xeyli qənaət edəcəklər", - deyə PayPoint-dən bildiriblər.

Tezliklə PayPoint vasitəsilə bank kreditlərinin ödənilməsi, depozitlərin artırılması, həmçinin dövlət qurumlarına ödənişlər də həyata keçiriləcək. Perspektivdə bank kartları vasitəsilə ödənişlərin də sistemə daxil edilməsi nəzərdə tutulub.

Hər bir müştəri ödəniş nöqtəsinin rəmzi olan bu loqotipi (mərkəzində ağ dairə olan narıncı dördbucaq) görən zaman göstərilən xidmətdən istifadə edə, seçdiyi xidmətə görə balansını artıra bilər.

PayPoint köşkləri vasitəsilə elektrik enerjisi, qaz, su, stasionar telefondan istifadəyə görə borcların ödənməsi, bütün mobil operatorlara məxsus nomrələrin balansına pul qoymaq, kabel televiziyası və internet provayderlərə ödənişlər etmək mümkündür.

PayPoint ödəniş köşkləri ticarət və biznes mərkəzlərində, metro stansiyalarında, supermarketlərdə, Bakıdan və Azərbaycanın digər şəhərlərindəki aeroport və vağzallarda quraşdırılıb.

Milli.Az