Səhiyyə

Deputat: "Modul tipli xəstəxanaların yaradılması insanların sağlamlığı üçün müdrik qərarın nəticəsidir"

11 İyun 2020 17:55
Baxış: 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Modul tipli xəstəxana komplekslərinin istifadəyə verilməsi Azərbaycanın səhiyyə sisteminin gücünün və hökumətin koronavirus pandemiyası ilə mübarizədə davamlı təxirəsalınmaz tədbirlərinin göstəricisidir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov iyunun 9-da istifadəyə verilmiş yeni tipli modul xəstəxanaların açılışını şərh edərkən bildirib.

Deputat bildirib ki, virusun yayıldığı ilk gündən səhiyyə sistemini tam hazırlıqlı vəziyyətə gətirən dövlətimiz insanların sağlamlığının qorunması üçün lazım olan bütün imkanlarını səfərbər etdi və vəziyyəti tam nəzarətdə saxlamağı bacardı:

"Bununla yanaşı, Cənab Prezidentin xüsusi diqqət mərkəzində olan insanların sağlamlığının qorunması məqsədilə bütün imkanlar hazırlıqlı vəziyyətə gətirildi, modul tipli xəstəxanaların yaradılması da məhz xəsətələnmək təhlükəsi olan insanları qorumaq, mülaicə etmək məqsədilə əvvəlcədən düşünülmüş müdrik qərarın nəticəsidir".

Millət vəkilinin sözlərinə görə, pandemiayanın hələ də davam etdiyi bir dövrdə xəstələrin müalicəsinin təşkili və çarpayı sayının artırılması və tələbatın ödənilməsi hər bir ölkə üçün əsas prioritetlərdən biridir:

"Bəzi inkişaf etmiş ölkələrin səhiyyəsi bu tələbatı ödəyə bilmir, çarpayı çatışmazlığı ucbatından xəstələr vaxtında müalicə ala bilmir, koronavirusa yoluxmuş bir çox insan ümumiyyətlə xəstəxanalara götürülmür, onlar evlərdə qalırlar. Bu isə onların sağlamlığı üçün risklər yaradır. Azərbaycan isə mövcud səhiyyə infarstrukturları və qabaqlayıcı operativ addımları ilə koronavirusa qarşı mübarizədə ən yaxşı nəticələrə malik ölkələrdən biridir. Dövlət başçısının vurğuladığı kimi bir çox inkişaf etmiş ölkələrdə koronavirusla bağlı acınacaqlı vəziyyətə baxdıqda bir daha görürük ki, Azərbaycan bu sahədə də öz modelini ortaya qoyub və bütün hədəflərə ardıcıllıqla, məqsədyönlü şəkildə çata bilib. Ölkəmizin təcrübəsi ən mütərəqqi və ən insansevər təcrübədir və bu, beynəlxalq təşkilatlar, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dəfələrlə etiraf edilib. Bu baxımdan yürüdülən siyasətin mərkəzində Azərbaycan vətəndaşının sağlamlığı dayanır və yeni xəstəxanaların tikintisi, xəstəxana fonduniun imkanlarını gücləndirilməsi də məhz insanların həyatını qorumaq üçün nəzərdə tutulubdur".

A.Hüseynov vurğulayıb ki, bütün zəruri avadanlıq və sistemlə təchiz olunmuş yeni tibbi komplekslərin mühüm üstünlüklərindən biri yerləşdiyi şəhər və rayonlardakı mövcud xəstəxanaların yaxınlığında quraşdırılmasıdır, bu da koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi koordinasiyanı təmin edir:

"Bu onu göstərir ki, ölkəmizdə müasir səhiyyə infrastrukturu formalaşdırılır və vətəndaşların sağlamlığı hər zaman diqqət mərkəzindədir. Azərbaycan dövlətinin siyasəti və Operativ Qərargahın bu işlərə gündəlik rəhbərlik etməsi əsas bir məqsədi güdür ki, vətəndaşlarımızın həyatı, sağlamlığı qorunsun. Ancaq bunu vətəndaşlar da düşünərək dövlətin qəbul etdiyi qayadalara riayət etməlidirlər, məsuliyyətli olmalıdırlar, maska taxmalıdırlar. Cənab Prezident maska taxaraq örnəkverici addım atırsa, vətəndaşlar bundan nümunə götürməlidirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.