Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çindən gələn məktub və bağlamalarda koronavirusla bağlı təhlükənin olub-olmadığına aydınlıq gətirib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, məlumatda Çindən bağlama qəbul edən insanların yeni koronavirusa yoluxma risklərinin olmadığı qeyd olunub.
"Koronavirus məktub və bağlama kimi əşyalarda uzun müddət yaşamır", - məlumatda bildirilib.
Milli.Az