Bu əlamətlər varsa, deməli çörək yemək sizə düşmür
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Seliakiya xəstəliyi əhalinin 2-3%%-də rast gəlinən autoimmun xəstəliyidir. Onun yaranmasında iştirak edən əsas faktor qlütendir. Tərkibində qlüten olan buğda, çovdar, qızılı buğda və arpa kimi dənli bitkilərdən hazırlanmış qidaların qəbulu nazik bağırsağın iltihabına səbəb olur.
Milli.Az xəbər verir ki, qlütenin hətta kiçik miqdarı belə, simptomların yaranmasına səbəb ola bilər. Əgər şəxs qlüteni qida rasionundan çıxarmazsa bağırsaq xovları hamarlaşa, hətta yox ola bilər və beləliklə, nazik bağırsağın selikli qişasından qida maddələrinin sorulması prosesi pozula bilər ki, bu da öz növbəsində orqanizmdə qida çatışmazlığının yaranmasına səbəb ola bilər.
Seliakiya xəstəliyinin simptomları geniş spektrdə dəyişir. Əksər hallarda özünü mədə-bağırsaq traktı simptomları ilə qeydə alınır:
-İshal
-Qarın nahiyəsində şişkinlik
-Qarın ağrısı
-Ürəkbulanma
-Qusma
Seliakiya xəstəliyinə malik şəxslərdə həmçinin ümumi simptomlara da təsadüf edilir
-Çəki və enerji itkisi
-İştahasızlıq
-Anemiya ilə birlikdə təsadüf edilən dəmir çatışmazlığı
-Osteoparoz
-Reproduktiv pozğunluq və ya spontan abortlar
-Vitamin və ya mineral çatışmazlığı
Uşaqlarda seliakiya xəstəliyi erkən yaşlarda, adətən ana südündən tərkibində qlüten olan qidalara keçmə zamanı əmələ gəlir. Əgər xəstəlik müəyyən edilməmiş qalarsa uşaqlarda böyümə və inkişaf pozğunluğu riski yarana bilər. Seliakiya xəstəliyindən əziyyət çəkən uşaqlar adətən zəif bədən quruluşuna malik, ağlağan və həssas olur.
Xəstəliyin formaları
Seliakiya xəstəliyinin klassik, simptomatik və subklinik formaları mövcuddur. Bu formalar nazik bağırsağın selikli qişasının zədələnməsi ilə xarakterizə olunur. Əlavə olaraq, təsadüf nəticəsində aşkar olunan, biopsiyada normal selikli qişa nümayiş etdirən potensial çölyak xəstəliyi də mövcuddur.
Xəstəliyin diaqnozu
Seliakiya xəstəliyi hər yaşda müşahidə edilə bilər. Xəstəliyə şübhə olarsa, ilk növbədə qan analizi verilməli və müayinə edilməlidir. Anticisimlər müəyyən edildikdən sonra diaqnozu təsdiqləmək məqsədilə nazik bağırsaqdan biopsiya götürülür.
Seliakiya xəstəliyi əksər hallarda irsi olduğuna görə yaxın qohumlar (valideynlər, bacı-qardaş və övladlar), hətta simptomlar olmasa belə çölyak xəstəliyinin diaqnozunun qoyulması məqsədilə müayinə olunmalıdırlar. Həkiminizlə əlaqə saxlamamışdan əvvəl, qlütensiz pəhrizə başlamamaq vacib nüans sayılır. Əgər siz həkim məsləhəti olmadan pəhrizə başlasanız xəstəliyin diaqnozunun qoyulması üçün vacib olan anticisimləri qanda müəyyən etmək mümkün olmayacaqdır.
Müalicə
Əgər seliakiya xəstəliyinin diaqnozu təsdiqlənərsə həkiminiz sizə dərhal qlütensiz pəhrizə başlamağınızı tövsiyə edəcəkdir. Seliakiya xəstəliyinin yeganə effektiv müalicəsi ümumiyyətlə tərkibində qlüten olan qidalardan həmişəlik imtina etmək sayılır. Sadəcə qlütensiz pəhrizə riayət etmək də qısa müddət ərzində sağalmanın baş verməsinə səbəb ola bilir. Seliakiya xəstəliyindən əziyyət çəkən şəxslərin əksəriyyəti qlütensiz pəhrizə başladıqdan qısa müddət sonra simptomsuz olur. Bununla yanaşı, nazik bağırsağın selikli qişasının regenerasiya prosesi bir neçə ay davam edə bilir. /medicina.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
-
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
-
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
-
Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
XƏBƏR LENTİ
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Arda Gülerə Çempionlar Liqasından möhtəşəm mükafat - Luiş Fiqu təqdim etdi - (Foto)
-
BDYPİ-dən hərəkət iştirakçılarına müraciət
-
Paşinyan Fransaya getdi
-
Abdullah Zubirin Səudiyyə Ərəbistanında çıxışına maneə
-
Bakıda Dördüncü İqlim Həftəsinin üçüncü günü keçirilir
-
Dünya bazarında neft yenidən bahalaşdı
-
Bakının bu yollarında tıxac var
-
Qazaxıstan və Azərbaycan Xəzər dənizi ilə sərnişin daşımalarını bərpa edəcək
-
Qatıq və ya süd deyilmiş: Bağırsaqlar üçün ən faydalı qida məlum oldu
-
Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə
-
Heç vaxt yola getməyən bürc cütlükləri
-
“5 il ömrüm qalıb” - Brüs Kempbell
-
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib





