Ürək pərdəsində maye toplanması nədir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Normal halda ürəyin ətrafını çevrələyən perikard adlanan kisədə 50 ml-yə qədər maye olur ki, bu maye ürəyin kisə içərisində normal hərəkətini təmin edir.
Milli.Az xəbər verir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat paylaşıb.
Həkimin sözlərinə görə, bu maye səviyyəsinin patoloji artması perikardial effuziya adlanır və perikardial pərdənin özünün iltihabi yaxud orqanizmdə olan hər hansı bir xəstəliyin nəticəsi olaraq ortaya çıxır.
Perikardialeffuziya aşağıdakı hallarla bağlıdır:
- Perikardın istənilən xəstəliyi;
- Kəskin perikardit (viruslu, bakterial, vərəmli və ya idiopatik);
- Autoimmun xəstəliklər;
- Miokardın infarktından və ya ürək cərrahiyyəsindən sonra;
- Döş boşluğunun iti və ya küt travması;
- Kardioloji diaqnostik və ya müxtəlif intervensional prosedurlardan sonra;
- Bədxassəli törəmə, o cümlədən, digər orqanların birincili törəmələrindən metastazlar;
- Mediastinumun şüalandırılması;
- Uremiya ilə müşahidə edilən böyrək çatışmazlığı;
- Hipotireoz, xüsusilə də, miksedema;
- Perikarda uzanan aortanın disseksiyası;
- Bəzi dərman preparatları.
C.Gülmalıyev qeyd edib ki, kisənin içindəki təzyiq ürəyin işləmə gücünün qarşısını alacaq qədər yüksək olduqda, ürəyin fəaliyyəti pozulur. Əsas əlamət kimi ciddi təngnəfəslik, boğulma şikayətləri və xəstənin məcburi oturaq vəziyyət almasını göstərə bilərik.
Hər xəstə üçün mayenin səviyyəsinə əsasən individual müalicə üsulu seçilir.
"Dərman müalicəsinə tabe olmayan, davamlı artan və ürək boşluqlarına təsir göstərən maye toplanması hallarında isə ürək kisəsi punksiya edilərək toplanmış maye boşaldılır və həmin mayedən analiz təhlili aparılaraq toplanma səbəbi araşdırılır", - deyə həkim əlavə edib. /aztibb.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zelenski İlon Maska müraciət etdi
-
Vinisiusun cəzası bəlli oldu
-
"Liverpul" 9 qolluq matçda qalib gəldi
-
Günün qoroskopu: Planlaşdırmağı dayandırın və işə başlayın
-
Murat Bozun da olduğu studiya suya qərq oldu - (Video)
-
Osimhenin hamilə sevgilisi qəzaya düşdü - (Foto)
-
“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!”– B.Yıldırımla müsahibə
-
Sumqayıtda bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan (Video)
-
"Oğluma iliyimi verdim, amma onu xilas edə bilmədim" - Ebru Şallı
-
Bakıda “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramı başlayır
-
Qəhvəyi mərmər böcəkləri Zaqatalanı bürüyüb - (Video)
-
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - (Foto/Video)
-
İstanbulda avtobusu su basdı - Sərnişin dama çıxdı - (Video)
-
Nəsrin Cavadzadə hicab məsələsi ilə bağlı mövqeyini bəyan etdi - (Foto)
-
İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi
-
Bakıda məktəb mühafizəçisinə hücum edilib, başı yarılıb
-
Bakıda məktəbə hücum edilib, xəsarət alanlar var - (Video)
-
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb - (Video)
-
"Nursema" yenidən "Kızılcık şerbeti"ndə - (Foto)
-
FTB rəhbəri Rusiyaya səfər edib
-
Karta köçürmələrdə yeni xidmət haqqı tutulacaq - (Video)
-
Antonio Konte "Mançester Yunayted"in yeni baş məşqçisi olacaq
-
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - (Foto/Video)
-
Bilal Əliyev: "10 dəfə Həcc ziyarətinə getmişəm, amma məktəblilər eyni geyim formasında olmalıdırlar"





