Sağlamlıq

Koronavirus uşaqlar üçün ölümcül ola bilər?

14 Noyabr 2021 19:15
0 Şərh     Baxış: 592
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pediatr, tibb elmləri doktoru Sergey Tokarev bildirib ki, bəzi xəstəliklərə görə peyvənd olunmayan uşaqlar koronavirusa yoluxarsa, xəstəliyin gedişatı son dərəcə təhlükəli ola bilər.

Milli.Az xəbər verir ki, həkim bu barədə müsahibəsində danışıb. O bildirib ki, peyvənd olunmamış uşaqlarda uşaq infeksiyalarının koronavirusla eyni anda baş verməsi risklidir.

Tokarev qeyd edib ki, koronavirus infeksiyasının qızılca, göy öskürək ilə birləşmələri təhlükəlidir, o cümlədən uşağın orqanizminin hələ də bərpa olunmağa davam etdiyi postkoronavirus dövründə.

Məlumat üçün bildirək ki, Qamaleya adına Epidemiologiya və Mikrobiologiya İnstitutunun direktoru Aleksandr Qintsburq bildirib ki, koronavirusun "delta" ştamına qalib gəlmək üçün qanda anticisimləri yüksək səviyyədə saxlamaq lazımdır. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.