Sağlamlıq

D vitamini əskikliyi şəkərli diabetə səbəb olur - Endokrinoloq

31 Oktyabr 2021 21:40
0 Şərh     Baxış: 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkərli diabet xəstələri mütləq D vitamininin səviyyəsini nəzarətdə saxlamalıdır"

Araşdırmalar göstərir ki, vitamin D azlığı 2-ci tip diabetin yaranma riskini artırır.

Milli.Az xəbər verir ki, həkim-endokrinoloq Fərhad Burzu diabetlilərdə D vitaminin rolu haqqında məlumat paylaşıb.

"Medscape"in verdiyini məlumata əsasən, vitamin D dəyərləri az olan şəxslərdə, şəkərli 2-ci tip diabetin yaranma riski artır. Bu tədqiqatlar Cənubi Kaliforniyada 900 adam üzərində aparılmışdır.

Araşdırma əsnasında, kliniki analizlər aparılmış və vitamin D azlığının 2-ci tip diabetin yaranma riskini artırdığı təsdiqlənmişdir. Məlum olmuşdur ki, qanda D vitamini (25OH) səviyyəsinin hər 10ng/ml artması şəkərli diabet ehtimalını 36% azaldır. Bu, çox böyük göstəricidir. Tədqiqatın nəticələri "Plos One" jurnalında dərc olunub. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.