Həkim-kardioloq: Azərbaycanda qazanılmış ürək xəstəliklərindən əziyyət çəkənlərin sayı azalıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mitral qapaq ürəyin sol qulaqcığı və sol mədəciyi arasında yerləşir və qanın geriyə qayıtmasını əngəlləyir. Mitral liflərin yerləşdiyi hissə mitral qapaq kompleksi adlanır. Kompleksi təşkil edən kompanentlərdən birindi meydana gələn zədə qapaqda darlıq və ya çatışmazlığa səbəb ola bilər. Qapaq xəstəlikləri anadangəlmə və ya qazanılmış olur. Hər iki halda patofizioloji və klinik əlamətlər oxşardır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İnvaziv uşaq kardioloqu Elnur İmanov uşaqlarda çox rast gəlinən mitral qapaq xəstəlikləri barədə danışıb.
Həkim-kardioloq bildirib ki, qazanılmış qapaq xəstəliklərinin əksəriyyətinin mənşəyi revmatizm xəstəliyidir: "Revmatizmə inkişaf etmiş ölkələrdə nadir rast gəlinsə də, digər bölgələrdə geniş yayılıb. Revmatizm mənşəli ürək xəstəlikləri arasında, mitral qapaq darlığına hər 4 nəfərdən 3-də, aorta qapaq darlığına isə 4 nəfərdən 1-də rast gəlinir. Şükürlər olsun ki, Azərbaycanda vaxtında aparılan vaksinasiya tədbirləri, stasionar və poliklinika nəzarətləri nəticəsində revmatizmdən əziyyət çəkənlərin sayı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Müşahidələrə əsasən, ölkədə qazanılmış mitral qapaq xəstəliklərindən əziyyət çəkənlərin də sayında ciddi azalma müşahidə edilir, hətta belə xəstələrə, demək olar ki, rast gəlinmir. Ümumiyyətlə revmatizm mənşəli mitral qapaq xəstəlikləri uşaqlarda nadir hallarda yaranır. Çünki xəstəliyin yaranması üçün ilk revmatik zədədən təxminən 5-10 il vaxt keçməlidir. Lakin revmatik qızdırmanın sıx müşahidə edildiyi bölgələrdə yetkinlər arasında revmatizm mənşəli mitral qapaq darlığı geniş yayılıb. Revmatik mitral darlığın patoloji əlaməti tayların qalınlaşması, komisuraların (birləşmə yeri) yapışmasıdır. Bunun nəticəsində, qapaqların hərəkətsizliyi baş verir. Bu da öz növbəsində LA genişlənmə, PA hipertoniyasına səbəb olur".
E.İmanov mitral qapaq darlığının əlamətləri və müalicəsi barədə məlumat verərək söyləyib: "Xəstəlik yüngül olduqda asimptomatikdir. Ağır mitral qapanma isə kiçik yaşlı uşaqlarda nəfəs darlığı və böyümə geriliyi, nisbətən böyüklərdə isə dispnoe ilə müşayiət olunur. Yüngül və ya orta dərəcəli mitral darlıqdan əziyyət çəkənlərə digoksin və diuretiklər təyin edilir. Təkrarlanan ağciyər infeksiyası və inkişaf geriliyi olan kiçik yaşlı uşaqlarda qapağın balonla dilatasiyası həyata keçirilir. Xəstəliyi ağırlaşmış şəxslərə isə antibiotiklər məsləhət görülür. Təkrarlanan revmatik qızdırma zamanı penisillin və sulfanilamid ilə müalicə mümkündür. Balonla dilatasiyadan fayda görməyən xəstələr isə təcili olaraq cərrahi əməliyyata alınırlar. Mitral qapaq darlığı olduğu kimi çatışmazlığı da əsasən anadangəlmədir. Mitral çatışmazlığa mitral darlıqla müqayisədə daha çox rast gəlinir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şampuna bunları əlavə edin: Saçlar qalın, möhkəm olacaq və TÖKÜLMƏYƏCƏK
-
Çiya toxumu nədir və faydaları nələrdir?
-
Orqanizm üçün ən faydalı içki hansıdır?
-
Yayın vazgeçilməzidir, faydaları saymaqla bitmir
-
Gənc yaşda olan ürək problemlərinin əsas SƏBƏBİ
-
Ürək sağlamlığı üçün həftədə nə qədər idman etmək lazımdır?
XƏBƏR LENTİ
-
"Doğuşu sənə belə vermişdik, nə etmisən?" - Seda Sayandan Xoşqədəmə
-
Akademik Milli Dram Teatrı Konya Beynəlxalq Teatr Festivalında iştirak edəcək - FOTO
-
WUF13 çərçivəsində “Muğamat axşamı” adlı konsert keçirilib - FOTO
-
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb - FOTO
-
"Özümə kişilərin olmadığı serial tapacağam"
-
Paşinyan dediyini sübut etsə, onu güllələyəcəm - Çarukyan
-
1-ci liqanı tərk edən komanda bəlli oldu
-
Azərbaycanda bu dövlət qurumu ləğv olundu
-
Kadir İnanır intubasiya olundu
-
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib - FOTO
-
Kaseto şirniyyatı resepti
-
“Böyük şəhərlərin kino musiqisi” adlı konsert proqramı təqdim olunub - FOTO
-
Məşhur aparıcı oğlu ilə FOTOsunu paylaşdı
-
Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
-
Mask tarixdə ilk trilyoner ola bilər
-
“Qarabağ”dan daha bir transfer – Bakıya gəldi
-
Bu şəxslərə mənzil kirayəsinə görə hər ay 100 manat veriləcək
-
“Zirə”də ayrılıq vaxtı
-
Mehman Mehdiyev vəzifəsindən getdi
-
İlin sonuna qədər Kəlbəcərin Zar kəndinə əhalinin qayıdışı nəzərdə tutulur
-
Rus ordusu bu ərazini işğal etdi
-
Heyvan kəsimi və satışına nəzarət gücləndirildi
-
11 yaşlı qızı maşın vurdu
-
Ərdoğandan jurnalistin sualına maraqlı CAVAB - VİDEO





