Sağlamlıq

Ürəkgetmənin bilmədiyimiz səbəbləri: Ayağa cəld qalxdıqda...

25 Avqust 2021 23:39
0 Şərh     Baxış: 2 454
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ürəkgetmə bir çoxlarının başına gələn problemdir. Birdən çox səbəbi ola bilər. Bəzi anlarda isə səbəbi tapılmır.

Milli.Az xarici KİV-ə istinadla xəbər verir ki, qan vasitəsilə beyinə kifayət qədər oksigen getmədiyi zaman ürəkgetmə baş verə bilər. Bu hal bir neçə dəqiqə və ya daha uzun çəkə bilər. Yaşlı insanlarda daha çox müşahidə edilir.

Bəs hansı hallarda daha çox baş verir?

• Ayağa cəld qalxdıqda

• Çox isti havada işləyən və ya oyun oynanılan zaman

• Sürətli nəfəs alıb-verəndə

• Hirslənəndə

• Stresli hallarda

• Yüksək təzyiq üçün dərman alındığı zaman

Öskürmə, sidiyə getmək beyinə gedən oksigen miqdarına təsir göstərə bilər və bu da ürəkgetmə halı yarana bilər.

Qan şəkərindəki dəyişikliklər də bu hala yol aça bilər. Bu vəziyyət şəkər xəstələrinin uzun müddət yemək yeməməsi hallarında inkişaf edə bilir.

Bu halın yaranacağını hiss etdiyiniz zaman nə etməlisiniz?

Yerə yatmaq kifayətdir. Əgər bunu etməsəniz oturub önə əyilməli və baş dizlərin arasına alınmalıdır. Beləliklə bu qanın beyinə getməsinə kömək olacaqdır. Ayağa qalxmamalısınız.

Bu hallarda mütləq həkimə müraciət edin:

• Ürək döyüntülərində nizamsızlıq

• Sinə ağrısı

• Nəfəs darlığı

• Əlamət olmadan anidən ürəkgetmə

• Görmə bulanıqlığı

• Danışmaqda çətinlik

• Düşüncə çətinliyi

• Ayda birdən çox bu halın yaşanması. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.