Sağlamlıq

Günəş yanığı zamanı nə etməli? - 3 QIZIL MƏSLƏHƏT

25 İyun 2021 23:39
Baxış: 1 397
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Günəş yanığı yalnız dəri üçün zərərlidir və qocalmanın sürətlənməsinə kömək edir. Eyni zamanda gündəlik həyatda bir çox narahatlığa səbəb ola bilər".

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, bunu dermatoloq Rajani Katan deyib.

Dermotoloq günəş yanığına qarşı ən təsirli mübarizə metodlarını açıqlayıb:

"Günəş yanığı əlamətlərini və bunun yaratdığı narahatlığı azaltmaq üçün soyuq nəmləndirmə tətbiq etmək, daha sonra dərini nəmləndirici kremlə müalicə etmək lazımdır.

Parçanı soyuq suda isladın və 10-15 dəqiqə dəriyə qoyun. Onu çıxarın və dəri nəmli olduqda nəmləndirici tətbiq edin. Bu, dərinin qorunmasını təmin edir".

Günəş yanığı yuxuya mane olursa, mütəxəssis yumşaq pijama və kətandan istifadə etməyi məsləhət görür. İstilik və tər yanmış dəriyə mənfi təsir göstərdiyindən otaqdakı temperaturun aşağı salınmasını da tövsiyə edir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory