Sağlamlıq

Koronavirusun daha bir mutasiyası aşkarlandı - Peyvənd olunanlara da yoluxur

22 Aprel 2021 19:26
Baxış: 1 180
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Litvada koronavirusun hələlik adı E848K olaraq müəyyənləşdirilən, daha əvvəl bilinməyən bir mutasiyası aşkarlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Litva Xalq Sağlamlığı Mərkəzi virusa yoluxanlar arasında vaksinasiyadan keçənlərin də olduğunu bildirib.

Məlumata görə, mutasiya ölkənin şimal-şərqində yerləşən Aniksciay bölgəsində 35 nəfərdə tapılıb.

Qeyd olunub ki, bu mutasiyaya yoluxanların xəstəliyi daha ağır keçirməsinə dair məlumat yoxdur, sözügedən ştamm aşkarlanmış şəxslərin üçdə biri artıq sağalıb.

Yerli televiziya kanalı olan LTR onu "Litva miutasiyası" adlandırıb, təhlükəli olmadığını, Norveç və Danimarkada da rast gəlindiyini iddia edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.