Oruc tutanlara orqanizmdə susuzluq yaratdığına görə duzlu-ədviyyatlı yeməkləri rasiondan çıxarmaq tövsiyə olunur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ramazan günlərində 16 saata yaxın oruc tutmaq, ac-susuz qalmaq bədənin enerjisini alır və temperaturu yüksəldir. Ona görə də lazımi vitamin və mineralların kifayət qədər qəbul olunması vacibdir.
Həkimlər bildirirlər ki, gün ərzində susuz və tox saxlaya bilən qidaları qəbul etmək həm bədəni gücdən düşməyə qoymur, həm də susuzluğa qarşı müqaviməti artırır. İftarla imsaq arasında ən azı 12 stəkan su içmək və meyvə-tərəvəzləri süfrədən əskik etməmək lazımdır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-diyetoloq Sevinc Həsənzadə deyib: "İmsaq zamanı daha çox süd məhsulları, yulafdan hazırlanan qidalar və sıyıq yemək lazımdır. Yaxud 4-5 ədəd xurma yemək də gün ərzində tox saxlayır. Çalışıb həmin dövrdə duzlu-ədviyyatlı yeməkləri rasiondan çıxarmaq lazımdır, çünki həmin qidalar susuzluq yaradır. İmsaqda boyat yeməklərlə qidalanmaq da köpə və ağırlığa səbəb olur".
İmsaq zamanı həm protein, həm də zülal tərkibli yumurta qəbul edilməsi də gün ərzində tox saxlayacaq qidalardan sayılır. İftar zamanı isə gün ərzində aclıq davam etdiyinə görə metobolizm zəifləyir və oruc tutanlar daha çox qida qəbul etmək istəyirlər, bu isə mədədə sancı və ağrı yarada bilər.
"İftar zamanı əvvəlcə yarım kasa sulu yemək, sonra qəbul edilən ət, balıq və toyuqdan hazırlanan xörəklər çoxlu salatla yeyilməlidir ki, onun həzminə kömək etsin. Ən mühüm məsələlərdən biri də yatana qədər orqanizmin su balansını gözləməkdən ibarətdir. Təxminən hər saatdan bir 1 stəkan su içmək lazımdır. Meyvəni dərhal xörəyin üstündən yemək olmaz",- deyə həkim-diyetoloq bildirib.
Ramazan ayında rejim dəyişdiyinə görə vaxta və yeyilən qidaya diqqət yetirmək lazımdır, əks halda mədə problemləri ilə üzləşmək olar. Ona görə də yaxşı olar ki, mədə-bağırsaq, qaraciyər, böyrək, öd daşı problemi olanlardan orqanizm mayesiz qalanda immun sistemi zəiflədiyinə görə xəstəliklər fəallaşa bilər və ona görə həmin xəstəliyi olanların oruc tutması çox da vacib deyil.
Mütəxəssislər fasilələrlə qidalanmağın faydalı olduğunu söyləyirlər. Qəbul edilən qidaların yaxşı həzm olunması üçün piyada gəzmək və yuxu rejiminə düzgün əməl edilməlidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda oğlunu öldürən qadın özünü binadan atdı
-
Cengiz Coşkuner reanimasiyaya yerləşdirildi
-
Poqba Toral ilə eyni klubda oynaya bilər
-
Ağarza Dadaşov yüksək vəzifəyə təyin edildi
-
Əvəz Zeynallı vəfat etdi - (Foto)
-
43 yaşlı türk aktrisanın 20 yaşlı gənclə klubda videosu müzakirə yaratdı
-
Ukrayna ordusu 250-dən çox rusiyalı hərbçini əsir götürdü
-
Azərbaycanda hava kəskin dəyişir - Proqnoz verildi
-
Bakıda bəzi küçələrdə hərəkət qadağan edilir - Oktyabrın 5-dən
-
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN
-
Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət
-
“Qəbələ”nin məşqçilər korpusunda iki yenilik
-
Piter Magyarın toxunulmazlığı ləğv edildi
-
Mustafa Sandaldan 11 milyardlıq qalmaqalla bağlı açıqlama - (Foto)
-
Azad edilmiş ərazilərdə 1673 mina və sursat zərərsizləşdirildi
-
Qış gəlməmiş bunu edin - Qaz pulunuz çox gəlməsin
-
ABŞ gəmisi vuruldu - 8 hərbçi yaralandı
-
Bu il neçə köhnə cinayətin üstü açılıb? - Baş prokuror açıqladı
-
Zelenski hücumda ölən azərbaycanlı Abbasla bağlı başsağlığı verdi
-
Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - (Video)
-
Tramp süni intellektlə bağlı bəyanat verəcək
-
Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər?
-
Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlərə layiqli cəzalar verilib - Baş Prokuror
-
Vətən müharibəsi qazisi, tanınmış aşpaz vəfat etdi





