Sağlamlıq

Koronavirus dərmanlarını istifadə edərkən DİQQƏT - İnsulta, qanaxmalara səbəb ola bilər

31 Mart 2021 21:25
Baxış: 892
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus infeksiyası qanı qatılaşdırır və damarlarda trombların əmələ gəlməsinə səbəb olur ki, bu da çox ciddi ağırlaşmalara və hətta ölümə gətirib çıxardır.

Bunun qarşısını almaq məqsədi ilə bütün dünyada koronavirusun müalicəsində qan duruldan preparatlardan (kleksan, enoksaparin, fraksiparin və s.) istifadə olunur.

Lakin həkimlər xəbərdarlıq edir ki, bu dərmanları yalnız həkimin təyini ilə qəbul etmək olar. Yalnız həkim xəstənin vəziyyətindən, yaşından, arterial təzyiqinin göstəricilərindən, analizlərdən, yanaşı xəstəliklərin olub-olmadığından və s. vacib amillərdən asılı olaraq bu dərmanların dozasını düzgün hesablaya bilər.

Milli.Az bildirir ki, qan duruldan preparatların özbaşına qəbulu ağır mədə-bağırsaq qanaxmaları və hemorragik insulta səbəb ola bilər. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.