Mədə xərçəngi haqqında 8 fakt - Kimlərdə, hansı səbəbdən yaranır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Deyirlər ki, qədimdə insanlar sağlam idi, xərçəng nədir bilmirdilər. Amma bədxassəli şişlər barədə faktlar hələ Neolit dövrünə gedib çıxır. Bizim eradan 3000 il əvvələ aid Misir mumiyalarında, Amerika hindularının qalıqlarında, bir çox qədim insan sümüklərində şiş əlamətləri tapılıb. Ən qədim tapıntı isə dinozavr onurğasında tapılan şiş qalığı idi.
Hazırda yayılmasına görə dünyada ilk yerlərdən birini tutan mədə xərçəngi barədə həqiqətə uyğun olan və olmayan informasiya yayılır.
Milli.Az mədə xərçəngi barədə 10 bilməyinizin vacib olduğu faktı təqdim edir.
1. Mədə xərçəngi səbəbi dedikdə ilk növbədə qidalanma, ərzaqlar yada düşür. Amma Yaponiya, Çin kimi ölkələrdə bu xərçəngin yayıldığını nəzərə alanda demək olar ki, daha çox düyü yeyən xalqlarda bu risk artır. Rusiya, MDB dövlətlərində də çörək, un, kartof, nişastalı qidalar çox, meyvə-tərəvəz az yeyildiyindən risk çoxdur. Marinadlaşmış qidalar, duz, istiot, hisə verilmiş ət məhsulları, kolbasa, sosis, acılı yeməklər mədə xərçəngini yarada bilir.
Milli Koreya yeməyi Kimçi o qədər duzlu kələm və nitrat tərkiblidir ki, Koreyada mədə xərçəngi yaranmasına səbəb kimi bu qida qeyd olunur.
Pakistanda duzlu çay içmək də qida borusu və mədə xərçənginə səbəb olur.
Qidalarda, hazır və ya bişmiş ərzaqlarda olan nitrat və nitritlərin çoxluğu kanserogen maddədir. Pivə, ədviyyatlar, viski, spirtli içkilər, duzlu qidalar, bol ədviyyatlı ət məhsulları orqanizmdə xərçəng yaranmasına səbəb olur.
2. Gündəlik yeməyində daha çox heyvan mənşəli yağlar qəbul edən insanların mədə xərçəngi olması yalnız bitki yağları istifadə edənlərə nisbədən 2,5 dəfə çoxdur. Çox miqdarda araq, içki, siqaret qəbul edənlər də öz yerində. Bu barədə beynəlxalq tibbi araşdırmalar aparılıb.
3. Eləcə də 1 yaşından az müddətdə ana südü yeyənlərdə də risk 3 dəfədən çoxdur. Bu onunla izah olunur ki, az ana südü yeyən uşaqlarda mədənin selikli qişası zəif olur və Helikobakteri onu tez zədələyir. Bu da sonda xərçənglə nəticələnir.
4. Sarımsaq əkilən, becərilən, əhalisi daha çox sarımsaq yeyən Cənubi Asiya ölkələrində mədə xərçəngi azdır. Bu da sarımsağın mədə xərçənginin qarşısını aldığı fikrini ortaya atır. Amma bunu sübut edən geniş araşdırmalar yoxdur.
5. Mədə xərçənginin infeksiya mənşəli olması 1926-cı ildə Nobel mükafatçısı Fibiger tərəfindən sübut olunub. Daha sonra 1983-cü ildə Helikobakteri Pylori bakteriyası kəşf edildi. Bununla da xoraların antibiotik müalicəsi effekt verdi. Hazırda da Helikobakteri müalicə olunmasa, xoralar gələcəkdə xərçəngə çevrilə bilir. Digər infekisya agenti Epşteyn Barr virusudur. Yer üzünün 80% i bu virusu daşıyır.
6. Mədə xərçəngi önü xəstəliklər atrofik qastrit, xoralardır, adenomatoz poliplər, anemiya, Menetrie xəstəliyi, mədə rezeksiyası keçirmək, hiperplastik qastritdir. Sağalmayan, xroniki mədə xoraları xərçəngönü xəstəlikdir.
Bu qrup pasiyentlər ildə 1 dəfə skrininq müayinədən keçməlidir. Endoskopik skrininq 40 yaşından sonra mütləq aparılmalıdır. Çünki mədə xərçəngi məhz bu yaşdan sonra aktivləşir.
7. Mədə xərçənginin genetik faktoru da şübhə altındadır. A(II) qrup qan daşıyıcılarında xəstəlik riski 20% çoxdur. Nəsildə mədə xərçəngi olarsa, E kadxerin geni mutasiyası vasitəsilə ötürülür.
8. Mədə xərçəngini çox erkən mərhələdə yaxalamaq mümkündür. Ezofaqoqastroduodenoskopiya ilə biopsiya ilə diaqnoz qoyulur. Müasir endoskoplar 115 dəfə böyüdücü optikaya malik olduğundan, hətta 3 mm olan şişləri də görmək mümkündür. İnnovasiv metod - lazer endoskopiyası ilə 1000 dəfə böyüdülmüş ölçüdə 30-50 şiş hüceyrə qruplarını görmək olur.
Azərbaycanda erkən diaqnostika faizi çox azdır. Bunun səbəbi kimi əhalinin ildə bir dəfə skrininqinin aparılmamasıdır. Xəstə artıq mədəsində şiş böyüyüb, həzmə mane olub, ağrı verəndə, yediyini qaytaranda endoskopiyadan keçir.
Yuxarıda yazılanları oxuyub, özünü sığortalamaq istəyirsizsə, 35 yaşından sonra 2 ildən bir mədənin endkoskopik müayinəsindən keçin. O zaman müalicə olmaq şansınız yüksəkdir. /medicina.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)
-
Bakıda 3 küçədə hərəkət məhdudlaşdırılacaq
-
Hörmüz boğazında ticarət gəmisinə zərbə - Gəmidə yanğın başladı
-
Bakıda bu yolun işıqforunda dəyişiklik edildi
-
İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir
-
Ayın 30-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Payızda bu meyvə bahalaşacaq - 300 məhsul verən ağac indi 50 məhsul verir
-
Tanınmış iqtisadçı-ekspert 54 yaşında vəfat etdi - (Foto)
-
Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla müsahibə
-
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr - (Foto)
-
"Xankəndi"nə yeni baş məşqçi təyin olundu - (Foto)
-
Qəhvənin təsiri niyə insandan insana dəyişir?
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
FIFA prezidenti Bakıya gəlib
-
Cabir İmanovun vəfatından bir il ötür... - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Bakıda sərnişinin üzərindən 4 milyon manatlıq brilyant çıxdı
-
Dənizdə batdığı ehtimal edilən 3 nəfərdən xəbər yoxdur - Axtarışlar davam edir
-
Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun
-
Həbsdən çıxan Səlim Müslümovun yeni işi bəlli oldu
-
Bu şəxslərə pul ödənildi - 188 min nəfəri əhatə edir
-
FHN-dən suda boğulma statistikası: 64 nəfər
-
Sılanın səhnə geyimi müzakirə yaratdı - (Video)





