Sağlamlıq

Nar şirəsinin dölün sağlamlığına FAYDASI - ARAŞDIRMA

31 Mart 2021 22:44
Baxış: 1 219
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da alimlərin apardığı araşdırma nəticəsində məlum olub ki, nar şirəsi hamilə qadınlarda dölü bətndaxili inkişaf müddətində beyin zədələrindən qoruyur.

Milli.Az xəbər verir ki, araşdırma "Scientific Reports" dərgisində dərc edilib.

Qeyd olunur ki, araşdırmada nar şirəsinin qəbul həcminə görə bir neçə qrupa bölünən 99 hamilə qadın iştirak edib.

Aparılan MRT (Maqnit rezonans tomoqrafiya) müayinəsi nəticəsində məlum olub ki, polifenolla zəngin nar şirəsi bətndə körpənin mərkəzi sinir sistemini qoruyur.

Qeyd edək ki, polifenollar badam, giləmeyvə, qırmızı şərab və çay da daxil olmaqla bəzi qida və içkilərin tərkibində olan antioksidanlardır. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.