Sağlamlıq

Kimlər Novruz xonçasından uzaq durmalıdır? - Şirniyyat, qoz-fındıq bu xəstələrə QADAĞANDIR

17 Mart 2021 20:24
Baxış: 1 836
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bütün evlərdə dadlı, bəzəkli, şirniyyatlı Novruz xonçaları qurulur, martın 25-nə kimi bayram tətili boyunca böyükdən kiçiyə hər kəs o nemətlərdən dadacaq. Ta ki, Novruz bitənə kimi.

Bəs yağlı, şəkərli, qoz, fındıqlı kalorili qoğal, şəkərbura,paxlava, çərəzlər orqanizmə necə təsir edir?

Statistikaya görə, bayram günlərindən sonra təcili yardıma bəzi xroniki xəstəliklərin ağırlaşması səbəbindən müraciətlər çoxalır.

Milli.Az kimlərin Novruz xonçasından səhhətinə xatir uzaq durmalı olduğunu araşdırıb.

Çox qısa müddətdə rasiona həddən artıq kalorili, şirin və allergik qidaların daxil olması orqanizmdə lipid, triqliserid, xolesterin, yağ, duz səviyyəsini dəyişir. Mədəyə, mədəaltı vəzə, ürəyə əlavə yük düşür, çəkidə artım vaş verir, qanda qlükoza səviyyəsi artır, allergenlər aktivləşir.

Bu insanlar şirniyyat və qoz-fındıqdan uzaq durmalı, sadəcə bayram xətrinə dadına baxmaqla kifayətlənməlidir:

- Şəkərli diabet xəstələri. I və II tip diabet
- Piylənmədən əziyyət çəkənlər
- Yüksək təzyiq xəstələri

- İnsult və infarkt keçirmiş insanlar
- Mədə xorası,qastriti olanlar
- Pankreatis - mədəaltı vəzi xəstəliyi olanlar
- Mədədə reflüks olanlar

- Xərçəng xəstəliyinin istənilən mərhələsi
- Ürəyində stend əməliyyatı olanlar
- Xolesteron və lipid səviyyəsi yüksək olanlar
- Dəri xəstəliyi və allergiyası olanlar

- Astma-bronxit xəstələri, pnevmoniya, öskürək
- Öd çatışmazlığı, öddə durğunluq olanlar
- Hepatit xəstələri

- Qaraciyərdə piylənmə
- Damarları tutulanlar, ateroskleroz
- İnsulin dirənci olanlar
- Hamilə qadınlar, südverənlər

- Körpə uşaqlar
- Allergiyası və diatezi olan uşaqlar
- Korona xəstələri
- Disbakterioz, ishal, kroon, kolit, bağırsaq xəstəliyi olanlar
- Qəbizlikdən əziyyət çəkənlər

Gün ərzində sağıam insan tərəfindən qəbul edilə biləcək şəkərin miqdarı 30-40 qramdan artıq olmamalıdır

Paxlava, şəkərbura, qoğal, qoz, fındıq normal insanlar günün birinci yarısı yeməlidir. Axşam bu qidaları qəbul etmək olmaz.

Novruz günlərində bu şirniyyatlara mədəni, beyini şəkər və karbohihratla doyurub, normal xörəklərə istək qalmır. Bu isə xroniki xəstəliklərə yol açır.

2-5 yaş arası uşaqlara gündə cəmi yarım ədəd şəkərbura və paxlava bəs edir.
Həddən artıq şirniyyat və un məmulatı qəbul etmək, şəkər xəstələrini komaya sala bilər.

Bayram yeməkləri və şirniyyat bir arada yeyilməməlidir.

Yeməklər arasında 3-5 saat fasilə olmalıdır.

Axşama kimi adi su qəbulu artırılmalı, axşam qatıq yeyilməlidir. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.