Sağlamlıq

Covid-19 bu insanlar üçün ölümcül təhlükədir

21 Fevral 2021 13:00
Baxış: 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Siqaret çəkənlərin koronavirusun üç əsas əlamətinə yoluxma ehtimalının 14% daha yüksək olduğu aşkar edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, yüksək hərarət, davamlı öskürək və nəfəs darlığı simptomları siqaret çəkənlər üçün daha böyük təhlükəyə səbəb olur.

Aparılan tədqiqatlar göstərib ki, siqaret çəkənlərdə Covid-19 simptomu çəkməyənlərə nisbətən 50% daha yüksəkdir. Mütəxəssislər çoxsaylı simptomların inkişafının daha ağır infeksiyalara yol açdığını deyir.

Hətta siqaret çəkən insanlar Covid-19-a yoluxarsa onların xəstəxanada müalicə olunma müddəti də uzun çəkə bilər.

Bu səbəbdən mütəxəssislər xüsusi ilə pandemiya dövründə siqareti ya tərgitməyin ya da istifadəsini azaltmağın labüdlüyünü irəli sürürlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.