Sağlamlıq

Maskanı belə taxmaq 90% virusdan qoruyur - ARAŞDIRMA

17 Fevral 2021 23:30
Baxış: 1 644
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Xəstəliklərin qarşısının alınması və xəstəliklərə nəzarət mərkəzinin yayımladığı araşdırmaya görə iki ədəd maska istifadəsi koronavirusdan 92.5 faiz qoruyur.

Milli.Az xəbər verir ki, araşdırmada tək istifadəlik maskaların üzə tam oturmadığı və virusların boşluqlardan keçə biləcəyini deyilir. Buna görə də tək istifadəlik olan maskaların üstündən üzə oturan parça maska taxmaq virusa qarşı daha effektlidir.

MASKANIN KƏNARINA DÜYÜM ATMAQ

Bundan başqa, maska ipinin düyümlənməsi virusun qarşısını almaqda önəmli rola malikdir. Araşdırmada maska kənarlarını içə doğru qatlayaraq, qulaq halqası iplərinin parçaya yaxın bir nöqtədə düyümlənməsi daha məsləhətlidir.
Araşdırmaya görə, iki tərəfdən düyüm atılmış bir maska virusların 63 faizinin keçməsinin qarşısını alır. Düyün atılmamış maskalarda bu faiz 42-ə qədər aşağıdır. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.