Sağlamlıq

Yəhudi alimlər güclü immunitet reaksiyasının formulunu açıqladı

17 Fevral 2021 23:20
Baxış: 1 077
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin Bar-İlan Universiteti və Ziv Tibb Mərkəzinin alimləri peyvənd üzərində apardıqları tədqiqatın ilkin nəticələrini təqdim edib.

Milli.Az xəbər verir ki, xəstəliyi nə qədər əvvəl keçirdiyi və bədəndə nə qədər antikor yarandığından asılı olmayaraq, koronavirus xəstəliyindən əziyyət çəkənlərdə və daha sonra peyvəndlə olunanlarda ilk dozadan asılı olmayaraq güclü immunitet reaksiyası qazanıldığı məlum olub. Tədqiqat "Eurosurveillance" elmi jurnalında yeni dərc edilib.

Peyvəndin ilk dozasına reaksiya tədqiqatda iştirak edənlərin hamısında o qədər yüksək olub ki, peyvənd protokolunun yenidən nəzərdən keçirilməsi təklif olunub. COVID-19-dan yaxşılaşan və sonradan peyvənd olunan bəzi insanlar üçün çox güman ki, yalnız bir dozanın kifayət edəcəyi fikri irəli sürülüb.

Bu nəticələr onu göstərir ki, bir çox ölkə peyvənd alınmasına qənaət edəcək və ehtiyac duyanların hamısının daha sürətli vaksinasiya olunmasına imkan verəcək. Tədqiqat eyni zamanda immunitet reaksiyasının etnik qruplar arasında oxşar olduğunu sübut edib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.