Sağlamlıq

Gecə tərləməsi bu xəstəliyin əlaməti ola bilər

7 Fevral 2021 15:15
Baxış: 1 575
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Britaniya Xərçəng Araşdırmaları xeyriyyə təşkilatı (Cancer Research UK) güclü gecə tərləməsinin xərçəng əlamətlərindən biri olduğunu açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, britaniyalı onkoloqlar bununla bağlı insanlara xəbərdarlıq ediblər.

Onlar bildiriblər ki, bu tip hallarda insan mütəmadi olaraq öz əhvalına fikir verməli, adi görünən simptomları görməzdən gəlməməlidirlər.

Mütəxəssislərin sözlərinə görə, isti mühit və ya fiziki tapşırıqlarla bağlı olmayan tərləmə, xüsusi ilə təkrarlanan güclü gecə tərləmələri həkim müayinəsindən keçmək üçün ciddi səbəb yaradır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.