Sağlamlıq

Konservi açan kimi dərhal yemək olmaz - İLGİNC SƏBƏB

4 Noyabr 2023 06:02
Baxış: 1 388
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dadlı balıq konservi hər evdə ehtiyatda var, evdə, işdə yemək olmayanda dərhal açılıb yeyilir.

Yaxşı istehsalçıdan olan keyfiyyətli balıq konservi nadir halda zəhərlənmə verər.

Lakin mütəxəsislər bildirir ki, hətta ən yaxşı konservi belə açdıqdan dərhal sonra yemək olmaz.

Milli.Az bunun səbəbini təqdim edir.

Belə ki, istənilən konservləşdirilmiş məhsul xüsusi istilik termiki işləmədən keçir, bu zaman məhsuldan furan adlı maddə buraxılır.

Bu uçucu maddə daha çox bağlı dəmir qapağın altında toplanır.

Konservi dərhal açıb, elə üstdən balığı, əti yedikdə, orda olan zərərli furan maddəsini də yemiş oluruq və orqanizmdə intoksikasiya yaradır.

Ona görə də konservi açıb, qapağı 10-15 dəqiqə açıq saxladıqdan sonra yemək lazımdır. Bu müddət ərzində furan uçub gedir.

Badımcan kürüsündə furan olmur. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.