Sağlamlıq

Stress koronavirusa zəmin yaradır

17 Yanvar 2021 14:51
Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər koroanvirus pandemiyasının psixoloji təsirləri haqqında tədqiqatlar aparıblar.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Covid-19-un narahatlıq yaradacaq dərəcədə sürətlə yayılmasından sonra alimlər onun insan psixologiyasına təsirini araşdırıblar.

Məlum olub ki, koronavirusa yoluxma qorxusu insanlarda panika yaradır və gündəlik həyat keyfiyyətini aşağı salır.
Hətta yaratdığı psixoloji sarsıntı insanın əmək qabiliyyətinə mənfi təsir edir.

Beyin bədənlə əlaqəli olduğundan gün ərzində həddindən artıq narahatlıq keçirmək və ya narahatlıqdan qaynaqlanan stress sinir sistemində stress hormonlarının ifrazına səbəb olur.

Bu hormonlar qan şəkərinin səviyyəsini artırır. Bu da öz növbəsində, başgicəllənmə, sürətli ürək döyüntüsü, baş ağrısı, diqqətsizlik və tərləmə kimi fiziki reaksiyalara səbəb olur. Qandakı bu stress xroniki narahatlıq yaradır və immun sisteminin fəaliyyətini pozur. Nəticədə insan keçirdiyi psixoloji sarsıntı COVID-19-a gətirib çıxarır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.