Sağlamlıq

Koronavirusun bu simptomlarına daha çox diqqət yetirin

11 Yanvar 2021 23:57
Baxış: 1 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

London Kral Kollecinin alimləri xüsusi diqqət yetirilməli olan 6 koronavirus simptomunu aşkar edib.

Milli.Az xəbər verir ki, bu barədə "Daily Express" məlumat yayıb.

Mütəxəssislər bildirib ki, virusun hərarət, öskürək, dad və iybilmə duyğusunun itməsi kimi üç "klassik" əlamətdən əlavə daha bir neçə simptomu var. Baş ağrısı, halsızlıq, iştahsızlıq, əzələ ağrısı, ishal və dərinin qabıq verməsinə xüsusi diqqət yetirmək tövsiyə edilib.

Eyni zamanda, ekspertlər həkimlərin hər beşinci xəstədə xəstəliyin "klassik" əlamətlərini aşkar etmədiyini qeyd edib. Bu simptomlardan biri özünü büruzə versə, özünütəcrid məsləhət görülüb.

Bundan əvvəl amerikalı həkimlər Nyu-Yorkda bir neçə COVID-19 xəstəsində təhlükəli koronavirus simptomu aşkar etmişdi. İki ay ərzində xəstələrdə keratit - kornea iltihabının inkişaf etdiyi üç yoluxma qeydə alınmışdı. Hər üçündə infeksiya göz almasının daxili membranlarına yayılaraq endoftalmitə səbəb olmuşdu. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.