Sağlamlıq

Yoluxucu xəstəliklərin qarşısını almağın ƏN GÜCLÜ YOLU

3 Yanvar 2021 19:42
Baxış: 1 244
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli professor Nur Baran Aksakal hesab edir ki, yoluxucu xəstəliklərdən qorunmağın yeganə yolu vaksinasiyasıdır.

Milli.Az xəbər verir ki, professor koronavirus pandemiyası səbəbiylə uşaqlara vaksinlərin daha az vurulmağa başladığını qeyd edib.

"Qızılca və suçiçəyi xəstəliyi olan insan təxminən 12-17 nəfəri yoluxdura bilir. Bu xəstəliklərin yoluxma sürəti koronavirusdan 6 dəfə daha yüksəkdir. Nəticə etibarı ilə cəmiyyətdə bu xəstəliklərə immuniteti olan insan sayı aşağı düşərsə, növbəti epidemiyaların yaranması istisna olunmur" , - həkim bildirib.

Ümumdünya Sağlamlıq Təşkilatının (ÜST) Avropa İmmunlaşdırma üzrə mütəxəssisi olan Aksakal pandemiya ərzində dünyadakı peyvənd kampaniyalarında problemlərin olduğunu söyləyib: "Peyvəndlərin vurulmasında problemlər və azalmalar var. Xüsusilə qızılca, məxmərək, tetanoz, difteriya, göy öskürək, su çiçəyi və poliomiya kimi çox ağır xəstəlikləri görmək istəmiriksə, rutin peyvəndləri başa çatdırmalıyıq.

Epidemiyaların qarşısını almaq üçün qızılcada cəmiyyətin ən az 83 faizinin, göy öskürəkdə isə ən az 92 faizinin immuniteti olmalı, yəni peyvənd vurdurması lazımdır. Odur ki, peyvəndlənmədəki azalmalar cəmiyyətin sağlamlığı üçün böyük risk yaradır". (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.