Sağlamlıq

İnfeksiya geniş yayıldığına görə uşaqların da maska taxması məsləhət görülür

21 Dekabr 2020 22:40
Baxış: 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşaqlar arasında yeni növ koronavirus (COVID-19) infeksiyasına az rast gəlinsə də, həmin xəstəliyə istənilən yaşda yoluxmaq mümkündür. Elə buna görə də kiçikdən böyüyə hər kəs özünü qorumalıdır. Təəssüf ki, azyaşlılar maskadan düzgün istifadə edə bilmirlər.

Milli.Az bildirir ki, həkim-pediatr Məlahət Qasımova AZƏRTAC-a deyib: "2 yaşınadək uşaqlar maska taxarkən onlarda boğulma, oksigen çatışmazlığı kimi problem və narahatlıqlar üzə çıxa bilər. Bununla əlaqədar həmin yaşadək uşaqlar maskadan istifadə etməməlidirlər. Lakin valideynlər uşaqları tünlük yerlərə, insanların çoxluq təşkil etdiyi məkanlara aparmamalıdırlar".

Həkim-pediatr onu da bildirib ki, 6-11 yaş qrupunda olan uşaqlar insanların çox olduğu məkanlarda mütləq qoruyucu tibbi maska taxmalıdırlar. İnfeksiya geniş yayıldığından azyaşlı uşaqlar virusa yoluxmuş xəstə olan ev və məkanlardan təcrid edilməlidir.

12 yaşınadək uşaqların maska taxması valideynlərin ixtiyarına buraxılıb. Həmin yaşdan yuxarı olan uşaqların isə maska taxması məsləhət görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.