Sağlamlıq

Bu dərmanları qəbul edənlər koronavirusu YÜNGÜL KEÇİRİR - Məşhur həkimdən RESEPT

16 Dekabr 2020 22:30
Baxış: 13 708
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əgər COVİD-19 xəstələri və ya buna oxşar xəstəlikləri olan insanlar ilkin mərhələdə antiviral dərmanlar qəbul edərsə, xəstəliyi yüngü keçirər və sağalar.

Milli.Az bildirir ki, bunu "ölkə.az"-a açıqlamasında millət vəkili, tanınmış kardioloq həkim Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, qripal və koronavirusa yoluxan şəxslər ilkin mərhələdə "Favipiravir" dərmanını hər 12 saatdan bir 8 tabletka qəbul edərlərsə, mütləq faydasını görərlər. Bu, artıq dünya praktikasından uğurla çıxıb". 

O, əlavə edib ki, bundan əlavə olaraq xəstələr ilk mərhələdə "Arbidol", "Arbivir", "Arbiflyu", "Tamoflyu" kimi dərmanları qəbul edərlərsə, tez bir zamanda sağalarlar.  Yəni xəstəliyin ağır fəsadlarını yaşamadan sağalarlar. Mən əmin edirəm ki, əgər xəstələr ilkin mərhələdə bu dediyim dərmanları qəbul edərsə, xəstəzanaya müraciət edənlərin sayı 99 faiz azalar". 

R. Mahmudov onu da bildirib ki, kimsə laqeyd yanaşıb vaxtı keçdikdən sonra qəbul edərsə bu elə də ciddi fayda vermir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.