Sağlamlıq

İnsanı qocaldan qidalar

30 Noyabr 2023 07:30
Baxış: 1 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsanların qocalması təbii proses olsa da, bəzi qidalar bu prosesi sürətləndirir.

Milli.Az xəbər verir ki, bu barədə həkim və aparıcı Aleksandr Myasnikov danışıb.

Onun sözlərinə görə, hər bir şəxs tərəvəz, meyvə, qaynadılmış ət, balıq və süd məhsullarına üstünlük verməlidir.

"Tərkibində artıq şəkər, duz və doymamış yağlar olan bütün qidalar qocalma prosesini sürətləndirir. Bundan əlavə, həddindən artıq yemək və yüksək kalori bənzər şəkildə bədənə təsir göstərir".

Ayrıca, yaşlanmanı sürətləndirən məhsullar sırasına həkim çox qızardılmış ət və kolbasa məhsullarını da əlavə edib.

"2015-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı bütün kolbasa, sosiska, sardelka və donuz ətinin tərkibində kanserogenin olduğunu təsdiq edib". (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.