Sağlamlıq

Pandemiya xaosu bir qaşığa sığacaq qədərdir

5 Dekabr 2020 15:07
Baxış: 929
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Televiziya aparıcısı, riyaziyyatçı və yazıçı Matt Parker bütün insanlığı silkələyən COVİD-19 haqqında sadə bir hesablama aparıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hesablama, son qlobal qeydlərə görə, 54 milyon insana yoluxan və 1 milyon 326 min 265 insanın ölümünə səbəb olan koronavirus pandemiyasının ümumən nə qədər həcmə malik olması ilə bağlıdır.

Riyaziyyatçı mikroskop altında hərəkət edən koronavirusun ölçüsünə əsasən bir milyon yoluxan insanın olduğunu düşünərək ümumi həcmi hesablayıb. Parkerin hesablamalarının cəmi həcmi 8 mililitrə çatıb. Bununla da bütün yoluxmuş insanlarda olan koronavirus toplansa, bir çay qaşığı içərisinə sığacaq qədər olduğu aydınlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.