Sağlamlıq

Koronavirus və qrip arasındakı əsas fərqləndirici cəhətlər

13 Noyabr 2020 20:55
Baxış: 1 300
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

COVID-19 və qrip oxşar simptomlara malikdir, lakin düzgün diaqnozu təyin etmək üçün iki xəstəliyin fərqli təzahürlərinə diqqət yetirməyə dəyər.

Milli.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Beləliklə, öskürək, burun axması, boğaz ağrısı, qızdırma, yorğunluq koronavirus və qrip virusu üçün ümumi əlamətlərdir. ÜST əlavə olaraq SARS-CoV-2-nin təngənəfəsliyə dad və qoxu duyumunun pozulmasına səbəb olduğunu qeyd edib.

Bundan əlavə, şiddətli COVID-19 iştahsızlıq, davamlı sinə ağrısı və ya təzyiq, 38 dərəcədən yüksək hərarət və şüurun pozulması kimi əlamətlərlə özünü göstərir. Bu cür simptomlar varsa, dərhal həkimə müraciət etməlisiniz. Xroniki xəstəlikləri olan insanlar, yaşlı vətəndaşlar, beş yaşa qədər uşaqlar və hamilə qadınlar da dərhal həkimlərə müraciət etməlidirlər.

ÜST qrip peyvəndinin koronavirusdan qorunmadığını əlavə edib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.