Sağlamlıq

Koronavirus, yoxsa mövsümi qrip daha çox öldürür? - ARAŞDIRMA

2 Noyabr 2020 21:40
Baxış: 973
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus mövsümi qripdən daha az öldürücüdür.

Milli.Az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Vəziyyət Proqramlarının direktoru Mark Rayn deyib.

O bildirib ki, dünya əhalisinin 10%-i koronavirusa yoluxmuş ola bilər: "Apardığımız araşdırmalar və ehtimallara əsasən bunu deyə bilərik".

Dünya əhalisinin 7,8 milyard nəfər olduğunu nəzərə alsaq, bu hesaba görə, real yoluxma sayı 780 milyon civarındadır. Bu da indiyə qədər rəsmi qeydiyyata alınan yoluxma sayının 20 qatı deməkdir. Rəqəm qorxunc dərəcədə yüksək görünsə də, durum başqa nəticəyə işarə edir. "Qardian"ın xəbərinə görə, 780 milyon insana yoluxan virus 1,1 milyon insanı öldürdüsə, infeksiyanın ölüm faizi 0,14-dür. Bu rəqəm bir çox mütəxəssisin bəyan etdiyi kimi koronavirusun mövsümi qripdən daha az öldürücü olduğunu ortaya qoyur. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.