Sağlamlıq

Alimlər COVID-19-dan ölümü proqnozlaşdırmağın bir yolunu açıqladı

28 Oktyabr 2020 22:20
Baxış: 972
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-dakı "Weill Cornell" Tibb Kollecinin mütəxəssisləri koronavirusa yoluxan xəstələrdə ürəyin sağ hissəsinin zədələnməsinin ölüm riskini artıracağını proqnozlaşdırıb.

Milli.Az xəbər verir ki, bu barədə "Journal of the American College of Cardiology College"da dərc olunan bir məqalədə bildirilib.

Araşdırmada COVID-19 diaqnozu qoyulmuş 500-dən çox insan iştirak edib. Bütün xəstələrdə ekokardioqrafiya aparılıb. Xəstələrin 35 faizində sağ mədəciyin genişlənməsi, yəni ürək divarının qalınlığını dəyişdirmədən ürək kamerasının həcminin böyüməsi, 15 faizində isə normadan xeyli daralmış mədəcik disfunksiyası müşahidə olunub.

Sağ mədəciyin kontraktiliyasında pozuntu olan xəstələrin infeksiya nəticəsində yaranan ağırlaşmalardan orta hesabla 2,5 dəfə çox ölmə ehtimalı olduğu ortaya çıxıb. Dilatasiya ilə ölüm riski 1,43 dəfə artır.

Diqqətə çatdırmaq lazımdır ki, sağ mədəcik oksigenləşmə üçün qanı insan ciyərlərinə vurur, buna görə də alt tənəffüs sisteminə təsir edən iltihablar ürəyin nasos funksiyasına birbaşa təsir edir. Bu da qan axınında müqaviməti artırır. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.