Sağlamlıq

Koronavirusa yoluxma riskini azaldan xəstəliyin adı açıqlandı

24 Oktyabr 2020 18:45
Baxış: 2 217
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Allergiyası olan insanlar viral və onkoloji xəstəliklərə daha az həssasdırlar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim allerqoloq-immunoloq Alla Rıjix COVID-19 infeksiyasına yoluxma riskini azalda biləcək xəstəliklərdən danışarkən bildirib.

Onun sözlərinə görə, allergik insanların koronavirusa yoluxma riskinin az olmasının səbəbi onların orqanizminin yüksək reagin fonuna, yəni immunoglobulin E-yə (IgE) sahib olmasıdır.

Eyni zamanda mütəxəssis, koronavirusun bəzi simptomlarının mövsümi allergiya təzahürləri ilə oxşarlığına diqqət çəkib.

"Bir insanda öskürək və nəfəs darlığı ilk dəfə yaranmırsa, bu, payız soyuğunun başlaması ilə ağırlaşan allergik xəstəliyin təzahürü ola bilər", - deyə o vurğulayıb.

Həkim allergik reaksiyalar və koronavirus simptomlarını qarışdırmamaq üçün mütəxəssisə müraciət etməyi məsləhət görüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.