Sağlamlıq

Koronavirusdan sağalanların saçı tökülür

25 Oktyabr 2020 19:14
Baxış: 496

Koronavirus infeksiyasından sağalandan sonra xəstəliyin nəticələrindən biri saçın tökülməsidir.

NHK telekanalının məlumatına görə, bu barədə Yaponiyanın Milli Qlobal Sağlamlıq və Tibb Mərkəzinin alimləri açıqlama verib.

Milli.Az bildirir ki, alimlərin sözlərinə görə, sağaldıqdan dörd ay sonra COVID-19 xəstəxanasında yatan insanlar nəfəs darlığı (11 faiz), zəiflik (10 faiz), zəif qoxu (10 faiz), öskürək (4 faiz), həmçinin dad pozğunluqları (2 faiz) kimi bir sıra əlamətlər qalır.

Eyni zamanda, koronavirusdan sağalanların dörddə biri saç tökülməsindən şikayətlənib.

Elm adamları Ebola və ya denqe qızdırması keçirənlərdə oxşar simptomları müşahidə ediblər. Bununla belə saç tökülməsinin xəstələrin emosional həyəcanından da qaynaqlana biləcəyini etiraf ediblər. /medicina.az

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.