Maskalar COVID-19-a yoluxmanı ikiqat azaldır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni araşdırmalar zamşanı belə bir qənaətə gəlinib ki, maskalardan məcburi istifadə koronavirusun yayılmasının qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Müvafiq araşdırma Kanada alimləri tərəfindən aparılıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Britaniya Kolumbiyasındakı "Saymon Freyzer" Universitetinin tədqiqatçıları maska taxmağın COVID-19-un yayılmasının qarşısının alınması istiqamətində əhəmiyyətli rolu barədə dəlillər aşkarlayıb. Lakin tədqiqatla bağlı hələlik resenziya alınmadığına görə, nəticələr dərcolunmadan öncəki hazırlıq mərhələsindədir. Layihə müəlliflərinin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, maska taxmağın qapalı mühitdə məcburi olunduğu yerləri digərləri ilə müqayisə etdikdə iyun, iyul ayları ərzində COVID-19-a 25-40 faiz az yoluxma faktı qeydə alınıb.
Maskalardan istifadə sayəsində bir həftə ərzində 700 -1 100 nəfər az insan koronavirusa yoluxub. Alimlər iyul və avqust aylarında məcburi maska rejimi tətbiq edilmiş Ontario ictimai səhiyyə sahəsinin 34 şöbəsində müşahidə aparıblar. Sonradan alimlər tərəfindən bütün Kanada ərazisində aparılan müvafiq tədqiqatlar nəticəsində əyalət səhiyyə departamentindən alınan məlumatlarda oxşar rəqəmlər aşkarlanıb. Maska rejimi qəbul edildikdən sonra ilk bir neçə həftə ərzində orta hesabla 46 faiz az yoluxma faktı qeydə alınır.
Tədqiqatın nəticələri göstərir ki, müvafiq qadağaların tətbiq olunmadığı yerlərlə müqayisədə məhdudiyyətlərin qüvvədə olduğu müəssisələrdə, insanların sıx toplaşdığı qapalı məkanlarda 48 faizdən 57 faizə qədər az yeni yoluxma faktları qeydə alınıb. Bütün bunlar, yuxarıda qeyd etdiyimiz kimi, maskalardan istifadənin sağlamlığın qorunması üçün mühüm əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gəncədə minik maşını ağaca çırpıldı, xəsarət alanlar var
-
Şamaxıda bir neçə kəndlə əlaqə kəsildi
-
Braziliya - Yaponiya oyununun ən yaxşı futbolçusu Kazemiro olub
-
Çin mətbəxinin ləzzətli küçə yeməyi: Jianbing
-
Demet Akalın var-dövlətinin qızına qalacağını açıqladı
-
Kadir İnanır kimdir? - Rol yoldaşının məhkəməyə verdiyi aktyor
-
Braziliya millisi 1/8 finala yüksəldi - DÇ-2026 - (Video)
-
Pirşağıda dənizdə batan qadın müəllim imiş
-
Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazanıblar
-
Türkiyə Ankarada keçiriləcək NATO sammitindən gözləntilərini açıqlayıb
-
İsrail elə sabah İranla müharibəyə başlaya bilər - Kats
-
Bakıda qadın evinin həyətində ölü tapıldı
-
“Qurani-Kərim”lə bağlı dediyi sözlərə görə haqqında araşdırma başlandı
-
Nilsudan 2 milyonluq yatırım
-
"Onlar artıq mənim deyil, insanların mülküdür"
-
Bakıda məktəb tikintisinə bir milyon manata yaxın vəsait xərclənəcək
-
Dünya Bankı Bakının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün 410 milyon dollar ayırır
-
“Serhat” “Daha17”dən ayrılır?
-
Neymar və Messi Venesueladakı zərərçəkənlərə kömək üçün külli miqdarda pul köçürdülər
-
Xətai rayonunda məişət tullantıları sahəsindəki yanğın söndürülüb - Yenilənib
-
Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" (Video)
-
“Kadir İnanır özü istəmişdi ki, mən onun həyat yoldaşı olum” - Məlahət Abbasovadan etiraf
-
92 oktanlı benzini 95-ə çevirən həblər - Cəmi 1 manat 70 qəpiyə satılır
-
Milli Müdafiə Universiteti Hərbi Hava Qüvvələri ixtisasları üzrə “Zabit hazırlığı kursu”na qəbul elan edir





