Sağlamlıq

Koronavirus beyin xərçəngi yarada bilər

27 Sentyabr 2020 07:55
Baxış: 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus beyin şişinə səbəb ola və ya xəstəlik mövcuddursa, onun inkişafını sürətləndirə bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "İzvestiya"nın məlumatına görə, Bezmalem Vakıf Universitetinin türkiyəli alimləri belə bir qənaətlə çıxış ediblər.

Belə ki, SARS-Cov-2 səthində xaricdən tikana bənzəyən zülal var. Bu tikanlar virusun hüceyrənin reseptoruna yapışmasına şərait yaradan "tac" əmələ gətirir. Molekullar bu tacın köməyi ilə onkoloji xəstəliyin inkişafına səbəb olan sinir toxumalarına yapışırlar.

Alimlər bu mümkünlüyü kompüter modelləşdirməsindən istifadə edərək sübut ediblər.

Rusiyalı mütəxəssislər nəzəriyyəyə şübhə ilə yanaşsalar da, virusların həqiqətən də şişlərin ortaya çıxmasına səbəb ola biləcəyini nəzərə alaraq, bunun daha çox araşdırma tələb etdiyini bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.