Sağlamlıq

Koronavirus təkcə ağciyərləri deyil, beyni də sıradan çıxarır - Professor

16 Avqust 2020 21:59
Baxış: 1 023
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

SARS-CoV-2 sadəcə tənəffüs yollarına deyil, eyni zamanda beyin və mərkəzi sinir sisteminə də zərər verir.

Milli.Az xəbər verir ki, bunu "Ölkənin sağlamlığı Rusiya rifahının təməlidir" adlı forumdakı çıxışında Rusiya Milli Elmlər Akademiyasının doktoru Leyla Namazova-Baranova deyib.

Onun sözlərinə görə, COVID-19 xəstəliyini ayaqüstü keçirənlərin beynində belə dəyişikliklər baş verir.

Qoxu və dad qabiliyyətinin itirilməsinin bu durumu təsdiq etdiyinə diqqət çəkən Namazova sözügedən simptomların mərkəzi sinir sisteminin zədə aldığını göstərdiyini vurğulayıb.

O, əvvəlki açıqlamalarında səhiyyə mütəxəssislərinin və elm adamlarının koronavirusun yol açdığı bir çox iflic və nevroloji xəstəlikləri müşahidə etdiklərini qeyd etmişdi. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.