Alimlər: onlar COVID-19-a yoluxma riskinə daha çox məruz qalır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
COVID-19 üçün ölkə sərhədlərinin və ya əhalinin sosial təbəqələrinin fərqi yoxdur, lakin əlverişsiz mühitdə onun yayılma riski daha yüksək olur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Hordi Qol Universiteti nəzdindəki Elmi-Tədqiqat ilkin tibbi yardım institutunun və Del Mar Xəstəxanasının mütəxəssisləri Barselonada virusa yoluxma riskini təhlil edərək bu qənaətə gəliblər. Sakinlərinin gəlir səviyyəsi ən aşağı olan Nou Barris Biç kimi rayonlarda COVID-19 daha geniş yayılıb. Burada xəstələnənlərin sayı Sarriya-San-Jelvasi kimi varlı məhəllələrlə müqayisədə təqribən 3 dəfə yüksəkdir. Rəyi soruşulmuş ekspertlərin fikrincə, bu yüksək fərq məişət şəraiti, işlə təmin olunma və sosial münasibətlər kimi amillərlə bağlıdır.
Alimlər pandemiyanın ən ağır dövrü - fevralın 26-dan aprelin 19-dək olan günlər üzrə məlumatları təhlil ediblər. Kataloniyanın paytaxtında COVID-19-a yoluxma göstəricisi hər 10 min sakin üçün 49,24 hadisə olduğu halda, virusun şəhərdə yayılması eyni olmayıb. Sakinlərin gəlir səviyyəsi daha yüksək olan rayonlarda xəstələnmə halları az olub.
Ekspertlər bir fikirlə razılaşırlar ki, virusun davranışını proqnozlaşdırmaq mümkün deyil və o, varlı ilə yoxsul arasında fərq qoymur. Bununla belə, ətraf mühit və sosial-iqtisadi şərait virusa yoluxma riskinin çox və ya az olmasına təsir göstərir. Ən yoxsul insanlar arasında əvvəlki patologiyaların çox olması həmin insanların COVID-19-a yoluxma nəticəsində daha ciddi fəsadlara meyilli olması ehtimalını artırır.
Alimlər yoluxma riskinə ən çox məruz qalmış əhali təbəqələrinin sanitariya savadını artırmağa çalışır, hakimiyyət orqanlarını bu qeyri-bərabərliyi azaltmaq üçün səy göstərməyə çağırırlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi





