Sağlamlıq

Alimlər açıqladı - Ölüm riski 12 dəfə yüksəkdir

27 İyul 2020 21:59
Baxış: 1 497
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin apardığı araşdırmalara görə, diabetli xəstələrin COVID-19-dan ölüm riski xəstəliyə tutulmayan insanlara nisbətən 12 dəfə yüksəkdir.

Milli.Az xəbər verir ki, bu barədə "Medical Xpress" portalı məlumat yayıb. Nəşr qeyd edib ki, koronavirus infeksiyasına yoluxmuş diabet xəstələrinin xəstəxanaya yerləşdirilməyə ehtiyacı altı dəfə çoxdur. Amerika Birləşmiş Ştatlarında həkimlərin bir neçə ay davam edən pandemiya ilə əlaqədar topladığı statistikaya görə, COVID-19 nəticəsində ağırlaşan diabet ürək-damar xəstəliklərindən sonra ikinci yeri tutur.

San-Fransisko şəhərindəki Kaliforniya Universitetinin alimi Prakaş Didvanya izah edib ki, diabet xəstələri böyrək xəstəliyi, insult, miokard infarktı və başqaları da daxil olmaqla bir çox fəsadlarla üzləşir. Amma həkim immun sisteminin effektivliyinin azalmasını ən ciddi fəsad hesab edir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.