Sağlamlıq

Koronavirus xəstələrində qoxubilmə hissi niyə itir? - AÇIQLAMA

27 İyul 2020 21:00
Baxış: 1 505
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-dakı Harvard Tibb Məktəbinin alimləri koronavirusa yoluxanlarda qoxubilmə hissinin itməsi probleminin səbəblərini araşdırıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, elm adamlarının fikrincə, COVID-19 xəstələrində qoxubilmənin itməsinə səbəb virusun birbaşa neyronları zədələməsi deyil. Zədələnən sadəcə həmin neyronları dəstəkləyən hüceyrələrdir.

Bu səbəbdən, alimlərin gəldikləri qənaətə görə, bir çox hallarda SARS-CoV-2 qoxubilmədə iştirak edən sinir zəncirlərinə toxunmur və dayanıqlı anosmiyaya gətirib çıxarmır.

Qeyd edək ki, qoxubilmənin itməsi koronavirusun birbaşa simptomu hesab olunur və diaqnostikada yüksək temperaturdan da etibarlı əlamət kimi qiymətləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.