Sağlamlıq

"COVID-19 analizinin cavabı mənfi olan bəzi xəstələrdə "buzlu şüşə" aşkarlanır"

8 İyul 2020 08:35
Baxış: 2 008
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Bəzən ilk müayinədə koronavirus xəstələrinin nəticəsi neqativ çıxsa da, sonradan bu pozitivə çevrilə bilir. Ona görə də bir çox ölkələrdə analiz cavabından asılı olmadan kompüter tomoqrafiyası (KT) çəkilir".

Milli.Az bildirir ki, bunu Yeni Klinika Tibb Müəssisəsinin direktoru Pərviz Abbasov Real TV-yə müsahibəsində deyib.

O bildirib ki, bu xəstəlik tam və ya qismən irəlilədikdən sonra meydana çıxır: "Dəfələrlə bir çox xəstələrdə KT müayinəsi nəticəsində COVID-19-un əlaməti olan "buzlu şüşə" aşkarlanıb. Ancaq belə xəstələri koronaviruslu xəstə kimi qəbul edib həmin gün müalicəyə başlamaq lazımdır. Belə xəstələr bizdə çoxdur. Hətta sona kimi də onların cavabı neqativ çıxıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.