Sağlamlıq

Dietoloq artıq çəkidən xilas olmaq istəyənlərə səsləndi: "Arıqlamaq üçün mükəmməl vasitədir"

9 Noyabr 2020 00:45
Baxış: 2 067
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Arıqlamaq istəyən insanlar düzgün pəhriz seçməlidir. Tərəvəz, ədviyyat, yağsız ət və yumurta rasiona mütləq daxil olmalıdır.

Milli.Az xəbər verir ki, bu barədə qidalanma üzrə mütəxəssis Yelena Solomatina "Вечерняя Москва" verilişində qonaq olarkən danışıb. Mütəxəssisin fikrincə, kələm arıqlamağa kömək edən mükəmməl vasitədir. Lakin tiroid xəstəlikləri olan qadınları əksinə, kökəldə bilər, odur ki, pəhriz saxlayarkən həkimlə məsləhətləşmək vacibdir.

"Zülal menyuda olmalıdır! Bu, qaynadılmış toyuq, dovşan əti, yağsız mal əti ola bilər", - Solomatina xatırladıb.

Həkim qeyd edib ki, hər gün səhər bir və ya iki yumurta yemək lazımdır. Bundan əlavə, arıqlamaq istəyənlər tərəvəz şorbaları yeyə bilər.

"Bunlar aşağı kalorili, çox miqdarda yeyilə bilər", - ekspert izah edib.

Qidalanma mütəxəssisi qidaları yavaş-yavaş çeynəmək lazım olduğunu vurğulayıb, çünki beyin yalnız 20 dəqiqədən sonra qana qlükoza daxil olması barədə siqnal alır.

Dietoloq duzun zərərli olması barədə məlumatı təkzib edib. Mütəxəssisin fikrincə, duz bədən üçün zəruridir, onsuz sinir-əzələ impulslarının ötürülməsi mümkün deyil, mədə şirəsi əmələ gəlməsi üçün xlor lazımdır, ancaq az miqdarda istifadə edilməlidir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.