Sağlamlıq

Şanxayda koronavirusu neytrallaşdıran preparatın sınaqları başlayıb

8 İyun 2020 22:55
0 Şərh     Baxış: 1 130
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şanxayda çinli mütəxəssislər tərəfindən hazırlanan və koronavirusu anticisimlərlə neytrallaşdıran JS016 preparatının sınaqları başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Çinin dərman preparatlarına nəzarət üzrə dövlət idarəsi ÇXR Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Mikrobiologiya İnstitutu və "Shanghai Junshi Biosciences" əczaçılıq kompaniyasının birgə hazırladıqları yeni preparatın klinik sınaqlarının ilk fazasına başlamağa icazə verib.

Sınaqlar iyunun 7-də "Huşan" xəstəxanasında start götürüb. Preparat təhlükəsizliyinin və immunogenliyinin yoxlanılması, həmçinin resipiyentin orqanizmində özünü necə aparmasının test edilməsi üçün sağlam könüllülərin venasına vurulub. Hazırda sınaqlarda iştirak edən könüllülərin səhhətinin yaxşı olduğu bildirilir.

Preparat koronavirus infeksiyasından sağalan pasiyentlərin qanından alınan anticisimlərə əsaslanır. Əvvəllər meymunlar üzərində keçirilən sınaqların gedişində preparatın koronavirusun hüceyrələrə daxil olmasının qarşısını aldığı müəyyən edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.