Sağlamlıq

Professordan çağırış - Bunu etsəniz, orqanizmin özünümüdafiə ehtiyatı bitə bilər

3 İyun 2020 22:04
0 Şərh     Baxış: 3 422
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Seçenov adına Moskva Dövlət Tibb Universitetinin professoru, Rusiya Xalq Sağlamlığı Dərnəyinin prezidenti Andrey Dyomin siqaret çəkənlər və içki içənlərin koronavirus infeksiyası riski altında olduğunu deyib.

Milli.Az xəbər verir ki, mütəxəssis alkoqolun qoruyucu rolunun olmadığını qeyd edib:

"Ümumdünya Səhiyyə Təşkilatı bu məsələni araşdırdı və nəticəyə gəldi ki, alkoqol immun sisteminə təsir etməklə yanaşı ağciyərlərə də zərər verir, qaraciyərdə lazımlı maddələrin sintezini pozur. Bunlar isə bədəndəki bütün zərərli maddələri zərərsizləşdirməli olan iki sistemdir".

Mütəxəssis siqaretin COVID-19 ilə yoluxma riskini artırması barədə hesabatı da xatırladıb. O, insan bədəninin müəyyən təhlükəsizlik ehtiyatına sahib olduğunu açıqlayıb və əlavə edib ki, pis vərdişlərə meylli olanlarda bu ehtiyat koronavirusa yoluxmazdan əvvəl də bitə bilər. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.