Sağlamlıq

Bir qida əlavəsində iki ÖLÜM RİSKİ - Mütləq əməl edin

17 Avqust 2020 07:35
Baxış: 1 608
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bədən üçün ən zəruri minerallardan biri olan duz, həddindən artıq istifadə edildikdə xərçəngdən diabetə qədər bir çox ciddi xəstəliklərə səbəb olur. Buna görə də duz istehlakı orta miqdarda həyata keçirilməlidir.

Milli.Az xəbər verir ki, bu barədə ekspertlər ciddi xəbərdarlıq ediblər.

Qidalanmada qeyri-müntəzəm davranış, hərəkətsiz qaldığımız pandemiya günlərində də artıb. Xüsusilə, bu dönəmdə həddindən artıq duz istifadəsi təhlükəlidir və sağlamlıq üçün ciddi problemlərə yol aça bilər.

Hazırda dünyada duz istehlakı ilə ürək-damar xəstəlikləri arasında əlaqəni qiymətləndirən tədqiqatlar mövcuddur. Bildirilir ki, duzdan həddindən artıq az istifadə mənfi nəticələrə səbəb olur. Bu qida əlavəsindən gündə 3 qr-dan aşağı istifadə zamanı ürək-damar xəstəlikləri sürətlənir və ölüm riski artır. Bilirik ki, duz yalnız sodyumdan ibarət deyil. Onun tərkibində xlor mövcuddur. O da insan orqanizminin fəaliyyətində əhəmiyyətli funksiyaya malikdir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.