Sağlamlıq

Karantin rejimi zamanı faydalı vitamin açıqlandı

27 Aprel 2020 20:55
0 Şərh     Baxış: 1 297
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyada koronavirus pandemiyası zamanı D vitamini qəbul etmək tövsiyə olunur.

Milli.Az xəbər verir ki, bu barədə İngiltərə İctimai Səhiyyə İdarəsinə istinadən "The Independent" məlumat yayıb.

Mütəxəssislər hesab edirlər ki, insanlar çox vaxt Günəş işığına məruz qalmadıqları üçün D vitaminini kifayət miqdarda almırlar. Odur ki, sağlamlıqlarını gücləndirmək üçün gündə 10 mikroqram vitamin qəbul etmələri tövsiyə olunur.

D vitamini sümüklərin, dişlərin, əzələlərin vəziyyətinə birbaşa təsir edən kalsium və fosfatın bədən tərəfindən udulmasından məsuldur. Bununla birlikdə, bəzilərinin iddia etdiyi kimi D vitamininin koronavirusa yoluxma ehtimalına və ya xəstəliyin müalicəsinə təsir etmədiyi vurğulanıb. Günəş işığına əlavə olaraq, vitaminin əsas mənbələri yumurta sarısı, qırmızı ət və yağlı balıqdır. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.