Sağlamlıq

Koronavirusa yoluxanları qan plazması vasitəsilə müalicə edəcəklər

27 Aprel 2020 23:58
0 Şərh     Baxış: 2 054
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yapon həkimlər qrupu koronavirus xəstələrini qan plazması vasitəsilə müalicə etmək üçün kliniki sınaqlara başlayıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qlobal Səhiyyə və Tibb üzrə Dövlət Mərkəzinin həkimləri bununla əlaqədar etika komitəsinin razılığını alıblar.

Həmin metoda əsasən bu xəstələrə koronavirusa yoluxaraq sağalmış insanların qan plazmasının köçürülməsi nəzərdə tutulur. Məlumdur ki, həmin plazma virusa qarşı immunitet yaradan anticismlərə malikdir.

Bildirilir ki, Çində ağır xəstələrin müalicəsi məqsədilə bu metoddan istifadə uğurlu nəticələr verib.

Yapon həkimlərin sınaqlar zamanı 50 sağalmış insanın hər birindən 400 millilitr qan götürərək 50 xəstəyə köçürəcəyi bildirilir. Onlar bunun üçün donor qanını gələn həftə əldə etməyi və may ayından başlayaraq bu qanı xəstələrə köçürməyi planlaşdırırlar.

Kliniki sınaqlara rəhbərlik edən doktor Kutsuna Satoşi bildirib ki, anticismlərdən istifadə edilərək müalicə aparılması təcrübəsi Ebola qızdırmasına qarşı mübarizədə də müsbət nəticə verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.