İnfarkt və insultun qarşısını alan məhsullar açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yunan alimlərinin apardıqları tədqiqatlara əsasən, tərkibində yüksək miqdarda D vitamini olan məhsullar ürək - damar sisteminə qoruyucu təsir göstərirlər.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, araşdırmaların nəticələri "MedicalXpress" nəşrində yerləşdirilib.
2001-ci ildən 2012-ci ilədək elmi qrup üç mindən çox kişi və qadının qidalanma və səhhəti haqqında məlumatları təhlil edib. Məlum olub ki, D vitamini ilə zəngin çoxlu miqdarda qida qəbul edən insanlarda ürək-damar xəstəlikləri riski minimal olub. Belə xəstələrin pəhrizinə yağlı balıq, yumurta, pendir, kərə yağı və digər məhsullar daxil idi.
Beləliklə, tədqiqat zamanı bu vitamini az qəbul edən qrupda kişilərin 24 faizi, qadınların isə 14 faizində infarkt, insult və ya digər ürək xəstəlikləri baş verib, orta miqdarda qəbul edən iştirakçılarda bu göstəricilər müvafiq olaraq 17 faiz və 10 faizədək azalıb. Tərkibində bu fəal maddənin yüksək miqdarda olduğu qida qəbul edən kişilərin 12 faizi, qadınların isə 11 faizində ürək problemləri müşahidə olunub.
Alimlər D vitaminini qidadan almağı məsləhət görürlər, belə ki, bu halda o maksimal dərəcədə faydalı olur.
"Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, D vitaminini əlavələr şəkində qəbul edərkən, o, ürək əzələlərinin işinə neytral, yaxud zəif təsir göstərir. Bunun əksinə olaraq, D vitamininin qidanın tərkibində istehlakı, əsasən kişiləri olmaqla, ürək-damar xəstəliklərindən müdafiə edə bilər", - deyə məqalədə bildirilir.
D vitamini ilə zəngin olan məhsullar: yağlı balıq, yumurta sarısı, kərə yağı, pendir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
XƏBƏR LENTİ
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
-
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
-
"Formula 2" üzrə birinci əsas yarışın qalibi mükafatlandırıldı
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
Ovni Muradov nazir təyin edildi
-
İdmançı Əmrah Nağıyev həbs edildi
-
Prezidentin "general-leytenant" rütbəsi verdiyi Allahverən İsmayılov kimdir? - Dosye
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
-
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər
-
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verilib
-
"Formula 2": Birinci əsas yarışın qalibi bəllidir - Yenilənib
-
Ət qiymətləri ilə bağlı nazirdən açıqlama
-
Zərifə Nəcəfova vəfat etdi





