Sağlamlıq

İnsan 250 il yaşaya, 120 yaşında tennis oynaya bilər - AMMA NECƏ? - Professor AÇIQLADI

7 İyun 2020 23:15
1 Şərh     Baxış: 2 631
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

100 yaşına kimi yaşamaq uzunömürlülük hesab edilirdi. Lakin Harvard Universitetinin genetika üzrə professoru Devid Sinklerin fikrincə, insanlar bundan daha uzun müddət yaşaya bilər.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, genetika və yaşlanma üzrə bir çox kitabın müəllifi olan professor bildirib ki, qocalmaq əslində insanların qalib gəlməli olduğu xəstəliklərdən biridir. Bunun üçün dərmanlara deyil, rahatlığımızı pozmağa ehtiyacımız var.

Onun sözlərinə görə bu günün dünyasının problemi sadəcə olaraq rahatlıq və qidalanma ilə bağlıdır. Əgər bədənimizə bir şeyin problem halına gələ biləcəyini davamlı olaraq söyləməsək, orqanizmimiz onu ciddiyə almır. Nəticədə xəstəliyə ya da qocalmağa qarşı mübarizə aparmır.

Sinkler bildirib ki, insanlar saha uzun yaşamaq istəyirsə qidalanma davamlılığını azaltmalıdırlar. Yəni daha az yemək, daha çox yaşamaq deməkdir. Oruc tutmaq da yaş balansını dəyişərək müsbət təsir edir. Çünki, oruc orqanizmdə yaşlanma ilə mübarizə aparan Nikotinamid Adenin Dinukleotid (NAD +) səviyyəsini artırır. Bunun sayəsində orqanizmin təmir genlərini aktiv hala gətirir.

Eyni təsir sauna kimi isti və soyuq vannaya girdiyimizdə də keçərlidir.Bundan əlavə idman etmək daimi həyat tərzinə çevrilməlidir. Yetəri qədər yatmaq və ət yeməyi azaltmaq lazımdır. Ətin tərkibindəki amin turşuları orqanizmimizin qoruyucu mexanizmalarını bağlayan cə böyümə zamannın gəldiyini söyləyən mTor adı verilən metobolik yolu aktivləşdirir.

Yaşlanma ilə mübarizə aparan həkimin fikrinə görə, insan ən çox 250 ilə yaxın yaşamağı bacarar.O, insanın hətta 120 yaşında olarkən tennis oynayacaq aktivliyə və sürətə sahib ola biləcəyinə inanır. Hər şey zəka gücümüzlə bunu gerçəkləşdirmək üçün heç bir əngəl yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.