Sağlamlıq

Avstriya şirkətinin hazırladığı təsir maddəsi koronavirusla mübarizədə tətbiq oluna bilər

29 Fevral 2020 08:22
0 Şərh     Baxış: 1 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstriyanın paytaxtı Vyana şəhərində yerləşən "Apeyron" biotexnologiya şirkətinin hazırladığı APN01 kod adlı təsir maddəsi yeni növ koronavirusla mübarizədə tətbiq oluna bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təsir maddəsi yeni yayılmış virusla bağlı 24 pasiyent üzərində uğurla sınaqdan çıxarılıb. Şirkətin qurucusu və genetika üzrə alim Yozef Penninqer Avstriya Teleradiosuna (ORF) verdiyi açıqlamada pasiyentlərin yeddi gün ərzində bu təsir maddəsi ilə müalicə kursu keçdiklərini bildirib. Avstriya, Çin və Kanadalı mütəxəssislərin iştirak etdiyi pilot layihədə əldə edilmiş uğurlu nəticə əsasında bu təsir maddəsinin daha geniş çevrədə test olunması barədə qərar verilib.

Yeni dərman namizədi APN01 adlı təsir maddəsinin əsasını isə rhACE2 enzeması təşkil edir. Y. Penninqer bildirib ki, uzun illərdən bəri bu enzema üzərində elmi tədqiqatla məşğul olur və 2005-ci ildə ACE2 SARS virus infeksiyaları və kəskin ağciyər çatışmazlığına qarşı mübarizədə ən təsirli reseptor kimi tanınıb. Yeni koronavirusun genomunun (irsi tərkib) 80 faizinin 2003-cü ildə yayılan SARS törədicisi ilə eyni olduğunu nəzərə alaraq, ekspert yeni maddənin farmakoloji cəhətdən uğur qazanacağına ümid ifadə edib.

Təsir maddəsinin Çində geniş kliniki testlərindən sonra əldə edilən nəticələr əsasında onun dərman kimi kütləvi istehsalı mümkün ola bilər. Kütləvi istehsal ən tezi yarım il sonra baş tuta bilər.

Tirol əyalətində iki şəxsin COVID-19 koronavirusuna yoluxması təsdiqlənib.

Əslən İtaliyanın Lombardiya regionundan olan və İnnsbruk şəhərində yaşayan bu şəxslərin hər iki test müayinəsinin cavabı müsbət çıxıb. Hazırda İnnsbruk xəstəxanasının karantin bölməsində yerləşdirilmiş xəstələrin indiyədək təmasda olduğu şəxslər müəyyənləşdirilir.

İnnsbruk Tibb Universitetinin Daxili xəstəliklər şöbəsinin rəhbəri Herbert Tilq mətbuat konfransında bildirib ki, İtaliyanın Berqamo bölgəsindən olan şəxslər fevralın 21-də şəxsi avtomobil ilə İnnsbruka gəliblər. Hazırda virusun yüngül simptomlarını daşıyan şəxslərin özlərini yaxşı hiss etdikləri və ümumi immun müqavimətinin yaxşı olmasına görə virusa qalib gələcəklərinə inam ifadə olunub.

Qeyd edilməlidir ki, qonşu İtaliyada virusun yayılma xəbərindən sonra Avstriyada 59 xəstəxanada COVID-19 koronavirusla bağlı xüsusi mərkəzlər yaradılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.