Sağlamlıq

Buxar vannası həqiqətən faydalıdırmı?

25 May 2020 04:30
0 Şərh     Baxış: 1 904
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dərisinin təravətinə xüsusi önəm verən qadınları maraqlandıran suallardan biri də budur: cild təmizliyi üçün tətbiq edilən buxar metodu faydalıdırmı?

Milli.Az xəbər verir ki, tıxanmış sızanaqları açan və qidalanma maskalarının dəriyə daha yaxşı hopmasını təmin etdiyi düşünülən buxar metodu əslində bilinən təsirlərə malik deyil.

Çünki qara nöqtələrin üzü onsuz da hər zaman açıqdır. Bunun üçün xüsusi metod tətbiq etməyə ehtiyac yoxdur.

Lakin buxar metodunun başqa faydaları mövcuddur. Quru, soyuq hava şəraitində olmusunuzsa, axşam 20 dəqiqəlik buxar seansı etmək üz dərinizi rahatlaşdıracaq, qan dövranını sürətləndirəcək, havadan hopmuş tozları və ölü dəri hüceyrələrini təmizləyəcək. Bununla yanaşı, dərinin nəmlənməsinə kömək edəcək.

Əgər dəriniz qurudursa, buxar vannasını tətbiq etdikdən sonra nəmləndirici kremlərdən istifadə etməyi unutmayın! (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.